Futbolda Türkiyə uddu

Futbolda Türkiyə uddu
# 06 sentyabr 2008 20:00 (UTC +04:00)
Bakı-APA. Bu gün İrəvanda Türkiyə və Ermənistan milli futbol komandaları arasında futbol oyunu keçirilib. APA-nın xəbərinə görə, oyunun ilk yarısı 0:0 hesabı ilə bitib. İkinci yarının başlamasından 14 sonra isə Türkiyə hesabda 1:0 hesabı ilə irəli çıxb. Qolu Tuncay Şanlı ermənilərin qapısına göndərib.

Oyunun 76-cı dəqiqəsində isə Semih Şəntürk ermənilərin qapısından daha bir top keçirib və hesab 2:0 Türkiyənin xeyrinə olub.

Oyun bu hesabla da başa çatıb.

F utbol matçını İrəvanın “Razdan” stadionunda Türkiyə prezidenti Abdullah Gül və Ermənistan prezidenti Serj Sarkisyan da izləyiblər. Bu oyunu izləmək üçün böyük mübahisələrdən sonra Türkiyə tarixində ilk dəfə ölkə başçısı Ermənistana səfər edib.

Stadiona daxil olanlar xüsusi yoxlanışdan keçiblər. Abdullah Gülü İrəvanda qarşılayan etirazçıların stadionda da aksiya keçirməmələri üçün əllərində şüar olan izləyicilər tribünlərə buraxılmayıblar.

Qeyd edək ki, A. Gülün Ermənistana səfəri ilə bağlı xüsusi təhlükəsizlik tədbirləri görülüb. O, İrəvanda Türkiyədən gətirilmiş zirehli maşınla hərəkət edib. Həmçinin Gül futbolu da güllə keçirməyən şüşənin arxasından, əynində dəmir gödəkçə ilə izləyib.

Onu da xatırladaq ki, Gülün bu səfəri İrəvanda aksiyalarla müşahidə olunub. Etiraz edənlər “Hər şey Ermənistanın yadındadı”, “Türkiyə erməni soyqırımını tanımalıdır” kimi şüarlar səsləndiriblər.

Gülü İrəvanda təyyarə meydanında bu şüarlarla qarşılayan aksiya iştirakçıları ona Serj Sarkisyanın sarayının bir addımlığında da eyni şüarlarla səsləniblər. Amma nədənsə Ermənistanda prezident seçkilərinin nəticələrinə etiraz edənləri odlu silahla susduran Sarkisyan rejiminin polisi Gülə olan bu “xoşgəldini” “demokratik dözümlülüklə” izləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR