PKK terrorçuları ilə döyüşdə Türkiyə təhlükəsizlik qüvvələri 6 nəfər itiriblər

PKK terrorçuları ilə döyüşdə Türkiyə təhlükəsizlik qüvvələri 6 nəfər itiriblər
# 08 sentyabr 2008 08:23 (UTC +04:00)
Hakkari – APA. Türkiyənin cənub-şərqindəki Hakkari bölgəsində PKK terrorçuları ilə döyüşdə Türkiyə təhlükəsizlik qüvvələrinin 6 nümayəndəsi şəhid olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İraq sərhədlərinə yaxın Bəyyurdu və Çubuklu kəndləri arasında baş verən toqquşmada 3 əsgər və yerli kənd özünümüdafiə dəstələrinin 3 üzvü şəhid olub, 2 əsgər isə yaralanıb. Olaydan sonra qaçan terrorçuları təqib etmək üçün əraziyə mavi beretli xüsusi təyinatlılar və hərbi vertolyotlar göndərilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son bir həftə ərzində 9 terrorçunun məhv edildiyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR