ATƏT Parlament Assambleyasının payız sessiyasında Cənubi Qafqazda vəziyyət müzakirə olunacaq

ATƏT Parlament Assambleyasının payız sessiyasında Cənubi Qafqazda vəziyyət müzakirə olunacaq
# 10 sentyabr 2008 07:58 (UTC +04:00)
Vyana-APA. ATƏT Parlament Assambleyasının Kanadada keçiriləcək payız sessiyasında Gürcüstandakı son vəziyyət müzakirə olunacaq. APA-nın məlumatına görə, qurumun sədri Joao Suares bildirib ki, sessiyada əsas diqqət yaranmış vəziyyətdə Rusiyanın roluna ayrılacaq: “Rusiyaya səfərimin məqsədi də bu diskussiyalara hazırlıqla əlaqədardır. ATƏT Parlament Assambleyasının sabiq sədri Qoran Lenmarkeri Qafqaz regionu üzrə xüsusi nümayəndə təyin etmişəm. O, regionu yaxşı tanıyır, Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub. Sessiyada onun bölgədəki vəziyyətə dair hesabatı dinlənəcək”. Sessiyada Cənubi Osetiya və Abxaziya ətrafında yaranmış situasiyanın təhlilinə daha çox vaxt ayrılacağını bildirən Joao Suares Rusiyanı bu diskussiyalarda aktiv iştiraka çağırıb. Qeyd edək ki, ATƏT Parlament Assambleyası sədri Rusiya və Gürcüstan xarici işlər nazirlərini sessiyaya dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR