Ermənistandan Türkiyəyə elektrik enerjisinin ixracı barədə müqavilə imzalanıb

Ermənistandan Türkiyəyə elektrik enerjisinin ixracı barədə müqavilə imzalanıb
# 10 sentyabr 2008 12:20 (UTC +04:00)
O bildirib ki, prezident Abdulla Gülün İrəvana səfərində Türkiyədə yüksək gərginlikli elektrik enerjisinin idxalı və bölüşdürülməsi ilə məşğul olan UNİT şirkətinin nümayəndələri də iştirak ediblər: “Səfər zamanı Ermənistandan Qars vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən 4-5 aydan sonra Türkiyə tərəfi öz ərazisində bütün vacib infrastrukturları bərpa edəcək və elektrik enerjisinin qəbuluna başlayacaq”. Nazirin sözlərinə görə, Türkiyəyə ötürüləcək elektrik enerjisinin həcmi ildə 1,5 milyard kVt/saatdan başlayacaq, sonrakı illərdə isə bu miqdarın 3,5 milyarda çatdırılması nəzərdə tutulur: “Bir kilovatın qiyməti istilik elektrik enerjisinin və qazın qiymətlərindən asılıdır. Ancaq qiymət iqtisadi cəhətdən effektli olacaq. Əgər enerji ixracı bu gün həyata keçirilsəydi, qiymət bir kilovatt/saata görə 5,7 sent olacaqdı. Müqavilə kifayət qədər uğurludur. Bu, Ermənistan üçün yeni bazardır və anlaşma enerji potensialımızdan maksimum istifadə etməyə imkan verəcək”. A Movsisyan razılaşmanın yüksək səviyyədə əldə olunduğunu və siyasi xarakterli əngəllərin yaranacağına inanmadığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR