Son bir həftə ərzində 42 PKK terrorçusu məhv edilib

Son bir həftə ərzində 42 PKK terrorçusu məhv edilib
# 24 oktyabr 2008 13:16 (UTC +04:00)
Ankara – APA. Oktyabrın 17-də Türkiyə hərbi aviasiyasının İraqın şimalındakı Kandil dağında yerləşən PKK düşərgələrini bombalaması nəticəsində 25 terrorçunun öldüyü müəyyənləşdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib. O, son həftədə ölkə daxilində həyata keçirilən əməliyyatlar nəticəsində daha 17 terrorçunun məhv edildiyini, beləliklə, bir həftə ərzində terror təşkilatının canlı qüvvə itkisinin 42-yə çatdığını bildirib. M. Gürak eyni müddətdə 7 terrorçunun təslim olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR