Xorvatiyada 2 media nümayəndəsi öldürülüb

Xorvatiyada 2 media nümayəndəsi öldürülüb
# 24 oktyabr 2008 13:16 (UTC +04:00)
Zaqreb – APA. Xorvatiyanın paytaxtı Zaqreb şəhərinin mərkəzində baş verən partlayış nəticəsində ”Nasional” həftəlik nəşrinin sahibi və marketinq üzrə direktoru həlak olub. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, qəzetin sahibi İvo Pukaniç və marketinq direktoru Niko Françiç redaksiyadan çıxarkən binanın qarşısındakı avtomobilə yerləşdirilmiş bomba partlayıb. Nəticədə hər iki şəxs aldığı yaralardan keçinib. Prezident Stepan Mesiç hadisəni terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, “Nasional” korrupsiya faktlarını üzə çıxaran jurnalist təhqiqatları aparan nəşr kimi tanınır. Son olayla cari ildə Xorvatiyada öldürülən media nümayəndələrinin sayı 5-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR