Roman Abramoviçin mülkiyyətinin tam siyahısı açıqlanıb

Roman Abramoviçin mülkiyyətinin tam siyahısı açıqlanıb
# 03 noyabr 2008 07:41 (UTC +04:00)
London-APA. Britaniya Kral Məhkəməsi Çukotka parlamentinin spikeri Roman Abramoviçin mülkiyyətinin tam siyahısını açıqlayıb. APA-nın məlumatına görə, bu siyahı Kral Məhkəməsində Roman Abramoviçə qarşı qaldırılmış iddianın araşdırılması nəticəsində açıqlanıb. Məhkəmə iddianı rədd edərək bildirib ki, Abramoviç Böyük Britaniya ərazisində daim yaşamır və bu ölkənin vergi ödəyicisi deyil. Qərardadda bildirilir ki, Roman Abramoviç ötən il ümumilikdə Britaniya ərazisində 57 gün qalıb və bu səfərlərin hamısı “Çelsi” klubunun fəaliyyəti ilə bağlı olub. Məhkəmənin rəyinə görə, Roman Abramoviç bu klubun işləri ilə gəlir əldə etmək məqsədilə deyil, maraq naminə məşğul olur. Hakim Kristofer Klark bu fəaliyyəti biznes deyil, hobbi adlandırıb. Qərardadda bildirilir ki, Roman Abramovişin mülkiyyətində “Çelsi” futbol klubundan başqa, dörd evi (onlardan üçünü sabiq həyat yoldaşına və uşaqlarına verib), Kolorado ştatının dağ kurortunda iki qəsri, Fransada bir qəsri, Sardiniya adasında və Karib adalarında villaları var. Bundan başqa Roman Abramoviç Moskvada bir neçə tarixi binanı icarəyə götürüb. Müxtəlif ölkələrdəki evlərinə getmək üçün Abramoviç bir neçə şəxsi təyyarə və yaxta kirayələyib. O, Avropaya səfərlər üçün adətən şəxsi vertolyotlardan istifadə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR