Türkiyə Nazirlər Kabinetinin binasında silahlı insident baş verib

Türkiyə Nazirlər Kabinetinin binasında silahlı insident baş verib
# 04 noyabr 2008 15:19 (UTC +04:00)
Ankara-APA. Türkiyə Nazirlər Kabinetinin binasında faciəli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə binanın mühafizə xidmətində çalışan polislərin səhər növbəsini dəyişdikləri zaman baş verib. Polislərdən biri sandıqçanı çıxararaq tapançanı masanın üstünə qoyub. Bu zaman içərisində bir güllə qalmış tapançadan titrəmə nəticəsində atəş açılıb. Atəş nəticəsində polislərdən biri qolundan, digəri çiynindən güllə yarası alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri əməliyyat olunub. Hazırda hər iki yaralının vəziyyəti normaldır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR