Türkiyədəki kürd partiyasının İstanbul təşkilatının sədri həbs edilib

Türkiyədəki kürd partiyasının İstanbul təşkilatının sədri həbs edilib
# 04 noyabr 2008 15:38 (UTC +04:00)
İstanbul – APA. Türkiyə fəaliyyət göstərən kürdlərdən ibarət Demokratik Toplum (cəmiyyət) Partiyasının (DTP) İstanbul təşkilatının sədri həbs edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ötən bazar günü İstanbulda icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstərən DTP-nin 61 üzvü polis tərəfindən saxlanılıb. Məhkəmə qarşısına çıxarılan bu şəxslərdən yalnız 2-si - İstanbul təşkilatının sədri Xəlil Aksoy və Fateh rayon təşkilatının sədri Mehdi Tanrıqulu həbs ediliblər. Digər şəxslər isə sərbəst buraxılıb.
Xatırladaq ki, DTP PKK terror təşkilatının lideri Abdulla Öcalana həbsxanada işgəncə verildiyini iddia edərək Türkiyənin müxtəlif şəhərlərində iğtişaş törədir. Noyabrın 2-də İstanbulun mərkəzində yerləşən Taksim meydanında da icazəsiz aksiyaya cəhd göstərən və ətrafdakı mağazaları, restoran və kafeləri daş-qalaq edən PKK tərəfdarlarının qarşısı polis tərəfindən alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR