Almaniyada sərnişin avtobusunun yanması nəticəsində 20 nəfər ölüb

Almaniyada sərnişin avtobusunun yanması nəticəsində 20 nəfər ölüb
# 05 noyabr 2008 08:38 (UTC +04:00)
Hannover-APA. Almaniyanın Hannover şəhərində sərnişin avtobusunun yanması nəticəsində ən azı 20 nəfər həlak olub. APA-nın məlumatına görə, insidentdən yalnız 10 sərnişin salamat qurtara bilib. Polis yanğının sərnişinlərdən birinin siqareti söndürmədən yerə atması nəticəsində baş verdiyini bildirir. Alışma ayaqyolunda baş verib, içəridən tüstü gəldiyini görən sərnişinlərdən biri qapını açıb və alov salona keçib. Son məlumatlara görə, hadisə zamanı 12 nəfər müxtəlif dərəcədə yanıq yarası alıb. Bu, son 16 ildə Almaniyada baş verən ən irimiqyaslı yol qəzasıdır. 1992-ci ildə ölkənin cənub-qərbində baş verən qəzada 21 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR