5 gün əvvəl itkin düşmüş 11 yaşlı qızın parçalanmış vəziyyətdə cəsədi tapılıb

5 gün əvvəl itkin düşmüş 11 yaşlı qızın parçalanmış vəziyyətdə cəsədi tapılıb
# 06 noyabr 2008 13:48 (UTC +04:00)
Kırşehir-APA. Türkiyənin Kırşehir şəhərində 5 gün əvvəl itkin düşmüş 11 yaşlı qızın cəsədi parça-parça edilmiş şəkildə zibillikdən tapılıb. APA-nın “Anadolu” agentliyinə istinadən yaydığı məlumata görə, şəhər zibilxanasında işləyən fəhlələr yeddi parçaya bölünmüş qız cəsədi aşkarlayıblar. Hadisə yerinə təhlükəsizlik qüvvələri çağırılıb, cəsədin üzərindən cib telefonu, boyunbağı və mağazadan alınmış çek aşkarlanıb. Kırşehir dövlət xəstəxanasının ölüxanasına aparılan cəsəd üzərində ekspertiza aparılıb və cəsədin 5 gün əvvəl itkin düşmüş beşinci sinif şagirdi Səbirə Akçakayaya aid olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparan təhlükəsizlik qüvvələri adı açıqlanmayan bir nəfəri həbs ediblər, təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR