İtalyan müxalifəti baş nazir Berluskonini ABŞ-ın yeni prezidentinin ünvanına irqçi fikirlər söyləməkdə ittiham edib

İtalyan müxalifəti baş nazir Berluskonini ABŞ-ın yeni prezidentinin ünvanına irqçi fikirlər söyləməkdə ittiham edib
# 07 noyabr 2008 08:43 (UTC +04:00)
Roma-APA. İtalyan müxalifəti baş nazir Silvio Berluskoninin ABŞ-da prezident seçkilərinin nəticələrinin zarafatyana dəyərləndirməsini ciddi tənqid atəşinə tutub. APA-nın məlumatına görə, Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə görüşən Berluskoni bəyan edib ki, Barak Obama əməkdaşlıq etməyə hərtərəfli yarayır: “O, gənc, yaraşıqlı və hətta gündə kifayət qədər qaralmış şəxsdir”. İtaliyanın sol mərkəzçi Demokrat Partiyasının lideri Valter Veltroni baş nazirdən təcili olaraq söylədiyi fikirlərə görə Barak Obamadan üzr istəməyə çağırıb. Barak Obamanın avropalı həmfikiri adlandırılan Veltroni bildirib ki, baş nazirin sözləri İtaliyanın dünya səhnəsində imicinə və ləyaqətinə xələl gətirib. O, Berluskoninin fikirlərinin irqçi baxışlar kimi dəyərləndirilə biləcəyini söyləyib.

Silvio Berluskoni isə fikrindən dönməyəcəyini bəyan edib: “Barak Obamanın kifayət qədər günəş vannası qəbul etdiyi barədə sözlərin komplimentdən başqa bir şey deyil. Bəzilərinin bu fikirlərə tənqidi yanaşması məni heyrətləndirir. Əgər onların yumor hissi yoxdursa, bu onlar üçün pisdir”. Qeyd edək ki, Silvio Berluskoni günəş vannasına həddən artıq vurğunluğu ilə tanınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR