AŞ PA prezidenti Vladiqafqazdakı terroru pisləyib

AŞ PA prezidenti Vladiqafqazdakı terroru pisləyib
# 07 noyabr 2008 11:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç Rusiyanın Vladiqafqaz şəhərində baş vermiş terror aktını pisləyib. APA-nın məlumatına görə, L. M. de Puç dəhşətli terror aksiyasının mülki əhaliyə qarşı yönəldiyinə diqqət çəkib: “Bu terror aktı yalınız qorxu və kədərə səbəb olmaqdan başqa heçə nəyə gətirib çıxara bilməz. Mən ölənlərin ailələrinə başsağlığı verirəm. Əmin edirəm ki, Rusiya hakimiyyəti terrorla mübarizədə AŞ PA-nın hər cür köməyinə ümid bəsləyə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR