Ərdoğanın partiyadakı müavini Dengir Mir Mehmet Fırat tutduğu postdan istefa verib

Ərdoğanın partiyadakı müavini Dengir Mir Mehmet Fırat tutduğu postdan istefa verib
# 08 noyabr 2008 08:40 (UTC +04:00)
Ankara-APA. Türkiyənin hakim partiyasının sədr müavini Dengir Mir Mehmet Fırat tutduğu postdan istefa verib. APA-nın məlumatına görə, istefa ərizəsini baş nazir Ərdoğana təqdim edən Dengir Mir Mehmet Fırat qərarını səhhətində yarandığı problemlərlə əsaslandırıb. Baş nazir “bizim üçün sağlıq məsələsi ilk məsələdir” deyərək istefanı qəbul edib. Korrupsiyada günahlandırılan AKP rəsmisi CHP millət vəkili Kamal Kılıcdaroğlu ilə canlı efirdə müzakirələrə çıxsa da, rəqibinin dəlillərinə tutarlı cavab verə bilməmiş və ictimai rəy soröğularında məğlub elan edilmişdi. Lakin AKP rəhbərliyi istefanın bu məsələ ilə əlaqədar olmadığını, Dengir Mir Mehmet Fıratın gözündə yaranmış problemlərlə əlaqədar istefa verdiyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR