“Qazprom” Türkiyəyə satdığı təbii qazın qiymətini azalda bilər

“Qazprom” Türkiyəyə satdığı təbii qazın qiymətini azalda bilər
# 11 noyabr 2008 13:50 (UTC +04:00)
Ankara – APA. Rusiyanın “Qazprom” şirkəti gələn ildən Türkiyəyə satdığı təbii qazın qiymətini azalda bilər. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyədə səfərdə olan “Qazprom”un ixracat bölməsinin rəhbəri Sergey Komlev deyib. O bildirib ki, neftin qiyməti bu səviyyədə qalarsa, Türkiyəyə satılan qazın dəyəri 20% aşağı salınacaq: “”Mavi axın”la Türkiyəyə ötürülən təbii qazın miqdarı 2009-cu ildə 14, 2010-cu ildə isə 16 milyard kubmetrə çatdırılacaq”. S. Komlev onu da əlavə edib ki, “Qazprom” dəvət alacağı təqdirdə “Nabucco” layihəsinə daxil ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR