Abdullah Gül, Rəcəb Tayyip Ərdoğan və Bülənd Arıncın saytını dağıdan 20 yaşlı haker həbs olunub

Abdullah Gül, Rəcəb Tayyip Ərdoğan və Bülənd Arıncın saytını dağıdan 20 yaşlı haker həbs olunub
# 12 noyabr 2008 09:22 (UTC +04:00)
Konya-APA. Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan və parlamentin sabiq sədri Bülənd Arıncın internet saytlarını alt-üst edən 20 yaşlı haker Konyada internet-kafelərin birində həbs olunub. APA-nın məlumatına görə, haker internet-kafedə bir qəzetin saytını dağıdan zaman saxlanıb. Afyonkarahisar Ticarət Liseyinin məzunu olan 20 yaşlı Burhan adlı şəxsin indiyə kimi 200 saytı, 30 min MSN ünvanını dağıtdığı müəyyənləşib. Altı ay davam edən təhqiqatdan sonra polis gənc hakerin evinə basqın edərək kompüter və SD disklərini müsadirə edib. Araşdırma davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR