Üsamə bin Laden 11 sentyabr terrorundan daha dəhşətli terror aksiyası keçirmək barədə göstəriş verib

Üsamə bin Laden 11 sentyabr terrorundan daha dəhşətli terror aksiyası keçirmək barədə göstəriş verib
# 12 noyabr 2008 10:54 (UTC +04:00)
London – APA. “Əl-Qaida” beynəlxalq terror təşkilatının lideri Üsamə bin Laden ABŞ ərazisində 11 sentyabr terrorundan daha dəhşətli terror aksiyası keçirmək barədə göstəriş verib. APA-nın məlumatına görə, bunu Londonda nəşr olunan “Əl-Qads əl-Ərəbi” qəzeti yazıb. Qəzet xəbəri Yəməndən, “Əl-Qaida” rəhbərliyinə yaxın mənbədən aldığını bildirib. İddialara görə, yaxın gələcəkdə törədiləcək yeni terror hücumu dünyanı həm siyasi, həm də iqtisadi cəhətdən dəyişdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR