“Qalatasaray”ın prezidenti ixtisar aparacaq

“Qalatasaray”ın prezidenti ixtisar aparacaq
# 14 noyabr 2008 13:11 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin “Qalatasaray” idman klubunun prezidenti Adnan Polat maliyyə böhranı ilə əlaqədar sahibi olduğu şirkətdə ixtisar aparacaq. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Polat rəhbərlik etdiyi “Ege Seramik” şirkətinin işçilərinin ¼-ni ixtisar etməyə hazırlaşır. Bundan başqa, şirkət istehsal gücünü 25% azaldacaq.

Qeyd edək ki, “Ege Seramik” Adnan Polatın atası İbrahim Polatın yaratdığı və idarə etdiyi “Polat Holding”in tərkibindəki 14 şirkətdən biridir. Holdinq inşaat, sənaye və turizm sektorlarında fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR