ETA terror təşkilatının hərbi qanadının lideri Fransada həbs olunub

ETA terror təşkilatının hərbi qanadının lideri Fransada həbs olunub
# 17 noyabr 2008 07:21 (UTC +04:00)
Paris-APA. Fransanın cənubunda keçirilən əməliyyat zamanı ETA terror təşkilatının hərbi qanadının lideri, “Çeroki” ləqəbli Mikel Qarikoiç Aspiazu həbs olunub. APA-nın məlumatına görə, əməliyyat Fransa və İspaniya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Aspiazu ETA terror təşkilatının İspaniya və Fransa ərazisində əməliyyatlarına cavabdehlik daşıyıb. Ötən il dekabrın 1-də Fransanın Kapbreton şəhərində həyata keçirilən və iki polis işçisinin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti üzərinə şəxsən Aspiuzu özü götürüb. Qeyd edək ki, ETA terror təşkilatı 1959-cu ildə təsis olunub, İspaniyanın şimalında və Fransanın cənub-qərbində müstəqil bask dövlətinin yaradılması uğrunda mübarizə aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR