Universitet rektoru həbs edilib

Universitet rektoru həbs edilib
# 17 noyabr 2008 10:47 (UTC +04:00)
Konya – APA. Türkiyənin Konya şəhərindəki Səlcuq Universitetinin rektoru Süleyman Okudan həbs edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, professor S. Okudan Konya polisinin keçirdiyi “Okean” əməliyyatı çərçivəsində saxlanılıb. Korrupsiya və mənimsəmə faktları ilə bağlı keçirilən əməliyyat zamanı ümumilikdə 30 nəfər həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR