Deputat qətl törədib və intihar edib

Deputat qətl törədib və intihar edib
# 18 noyabr 2008 09:27 (UTC +04:00)
Paris – APA. Fransa parlamentinin deputatı Jan Mari Demanj bir qadını güllələyib və daha sonra intihar edib. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, olay Fransanın şərqindəki Tyonvil şəhərində baş verib. Polisin açıqlamasına əsasən 65 yaşlı deputat Karin adlı 43 yaşlı qadınla mübahisə edib. Karinin evində yaranan mübahisə zamanı J. M. Demanj avtomatik tapançadan onun başına atəş açıb. Karin hadisə yerində keçinib. Bundan sonra deputat öz gicgahına da atəş açaraq intihar edib. Polis öldürülən qadınla millət vəkilinin münasibətlərini və cinayətin motivlərini araşdırır.
Qeyd edək ki, J. M. Demanj prezident Nikola Sarkozinin partiyasının üzvü idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR