MHP bələdiyyə seçkilərində İstanbuldan Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Haluk Ulusoyun namizədliyini irəli sürəcək

MHP bələdiyyə seçkilərində İstanbuldan Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Haluk Ulusoyun namizədliyini irəli sürəcək
# 18 noyabr 2008 14:16 (UTC +04:00)
İstanbul-APA. Mİlliyyətçi Hərəkat Partiyası (MHP) gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində irəli sürəcəyi bir sıra namizədləri dəqiqləşdirib. APA-nın məlumatına görə, böyük şəhərlərdə son dərəcə nüfuzlu namizədlər irəli sürməyə hazırlaşan MHP hələlik yalnız Ankaradan namizədini dəqiqləşdirib. Paytaxtın Beypazarı bələdiyyə sədri Mansur Savaş MHP-nin Ankara bələdiyyəsinə namizədi olacaq. İzmirdə isə partiyanın bölgə təşkilatının rəhbəri Musavat Dərvişoğlu MHP-nin namizədi kimi seçkilərdə mübarizə aparacaq. MHP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi dəqiqləşməyib, bununla belə partiya namizəd olmaq üçün Türkiyə Futbol Federasiyasının sabiq rəhbəri Haluk Ulusoya təklif göndərib. Türkiyə mətbuatı Haluk Ulusoyun təklifi müsbət qarşıladığını, İstanbuldan MHP-nin namizədi olmağa razılıq verdiyini yazıb. Milliyyətçi Hərəkat Partiyasının bələdiyyə seçkilərində irəli sürəcəyi namizədlərin yekun siyahısı dekabrın sonlarında açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR