Türkiyədə 5 bal gücündə zəlzələ olub

Türkiyədə 5 bal gücündə zəlzələ olub
# 17 fevral 2009 08:37 (UTC +04:00)
Kütahya – APA. Bu gün yerli vaxtla saat 07.28-də Türkiyənin Kütahya bölgəsində 5 bal gücündə zəlzələ olub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Kütahyanın Simav qəsəbəsi ərazisinə təsadüf edib. Qəsəbədəki bəzi evlərin divarlarında çat əmələ gəlib, pəncərələr qırılıb, əhali panikaya düşərək evlərini tərk edib. Simav bələdiyyəsinin sədri Rza Özdəmir zəlzələdən qorxuya düşən əhalinin hazırda həyətlərdə və bağçalarda gözlədiyini deyib. R. Özdəmir bu gün məktəb və liseylərdə dərslərin dayandırıldığını və şagirdlərin evə buraxıldığını da açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR