AŞ PA məruzəçiləri Ermənistan hakimiyyətini sərbəst toplaşmaq azadlığı prinsipinə əməl etməyə çağırır

AŞ PA məruzəçiləri Ermənistan hakimiyyətini sərbəst toplaşmaq azadlığı prinsipinə əməl etməyə çağırır
# 17 fevral 2009 15:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Con Preskot və Corc Kolombye 2009-cu il martın 1-də İrəvanın mərkəzində dinc yürüş aksiyası təşkil edilməsi ilə əlaqədar Ermənistan Milli Konqresinin (HAK) müraciətinə hakimiyyətin rədd cavabı verməsindən narahatlıqlarını ifadə ediblər. AŞ-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, həmməruzəçilər artıq bir sıra hallarla əlaqədar hakimiyyət dairələrini Ermənistanda yığıncaq azadlığı prinsipinə tam əməl etməyə, müxalifət tərəfindən təşkil edilən dinc yürüşlərlə, xüsusilə də nümayişlərin keçirilməsi üçün tələb olunan yerlərlə bağlı yersiz məhdudiyyətlər tətbiq etməməyə səslədiklərini vurğulayıblar.

Həmməruzəçilərə görə, dinc aksiyaların keçirilməsinin bütün siyasi qüvvələr üçün mümkünlüyü demokratiyanın əsas komponentidir: “Buna görə də biz Ermənistan hakimiyyətini dinc nümayişlərin tələb edilən yerlərdə maneəsiz şəkildə keçirilməsinə icazə verməyə çağırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR