Böyük Britaniya NATO daxilində 3 min nəfərlik daimi silahlı kontingent yaradılmasını istəyir

Böyük Britaniya NATO daxilində 3 min nəfərlik daimi silahlı kontingent yaradılmasını istəyir
# 19 fevral 2009 08:48 (UTC +04:00)
London – APA. Böyük Britaniya NATO daxilində 3 min nəfərlik daimi silahlı kontingent yaradılması təklifi ilə çıxış etməyə hazırlaşır. APA-nın “The Financial Times” qəzetinə istinadən verdiyi məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hatton NATO ölkələrindən olan həmkarları ilə görüşdə dilə gətirəcək. Plana əsasən hərbi kontingent ehtiyac yaranacağı təqdirdə alyans üzvlərinə yönəlmiş istənilən hərbi təcavüzə operativ reaksiya verəcək. C. Hattonun təklifi daha çox Şərqi Avropa ölkələrinə ünvanlanacaq. Çünki hərbi kontingentin yaradılması onları mümkün Rusiya təcavüzündən sığortalayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR