PKK daxilində baş verən silahlı qarşıdurma zamanı 17 terrorçu ölüb

PKK daxilində baş verən silahlı qarşıdurma zamanı 17 terrorçu ölüb
# 20 fevral 2009 13:38 (UTC +04:00)
Ankara - APA. PKK terror təşkilatı daxilində baş verən silahlı qarşıdurma zamanı 17 terrorçu ölüb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə İraqın şimalındakı Haftanin bölgəsində baş verib. Qarşıdurma terror təşkilatının “Camal” kod adlı lideri, Türkiyə vətəndaşı Murad Qarailan və silahlı qanadın başçısı, “Doktor Bahoz Ərdal” kod adlı suriyalı Fəhman Hüseyn arasında bir müddətdir davam edən mübarizənin nəticəsində yaranıb. F. Hüseynin vəzifədən çıxarılaraq Qəndil dağında həbs olunmasından sonra bir çox suriyalı terrorçu PKK sıralarını tərk edib, bəzi terrorçular isə aksiyaları dayandırmaqla bağlı rəhbərlikdən gələn təlimata tabe olmayaraq müstəqil hərəkət etməyə başlayıblar. Belə ki, Haftanində F. Hüseynə bağlılığı ilə tanınan “Hamza” kod adlı terrorçunun başçılıq etdiyi 13 nəfərlik qrup M. Qarailanın dərhal bölgəni tərk edərək Qəndilə dönmək təlimatına qarşı çıxıb. Bundan sonra M. Qarailan bölgəyə “Dəli” kod adlı terrorçunun başçılığı ilə 50 nəfərlik qrup göndərib. Onlar 13 nəfərlik qiyamçı qrupu zərərsizləşdiriblər. “Dəli”nin dəstəsindən də 4 nəfər öldürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR