Türkiyə vətəndaşlarının 70 faizi heç zaman kitab oxumayıb

Türkiyə vətəndaşlarının 70 faizi heç zaman kitab oxumayıb
# 23 fevral 2009 13:14 (UTC +04:00)
Ankara-APA. Türkiyə vətəndaşlarının 70 faizi heç zaman kitab oxumayıb. APA-nın məlumatına görə, bu nəticə “Konda” ictimai araşdırmalar mərkəzinin keçirdiyi sorğu nəticəsində ortaya çıxıb. 6482 respondentin qatıldığı sorğu nəticəsində məlum olub ki, ölkədə milli, dini ayrı-seçkilik və təcrid əhval-ruhiyyəsi hələ də yüksək səviyyədədir. Araşdırmalara görə, Avropada çoxlu sayda türk yaşasa belə, Türkiyə vətəndaşlarının 90 faizi heç zaman xarici dövlətlərə istirahətə getməyib. Sorğuya qatılanların 73 faizi xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak almasına qarşı çıxıblar. Vətəndaşların əksəriyyəti qonşu dövlətlərin Türkiyənin ərazi bütövlüyünə təhlükə törətdiyini qeyd edib.

Sorğu həmçinin Türkiyə cəmiyyətində qadının roluna dair maraqlı nəticələr ortaya çıxarıb. Respondentlərin 70 faizi hesab edir ki, qadın yalnız ərinin icazəsi ilə işləyə bilər, 57 faiz isə qadınların ictimai yerlərdə başıaçıq gəzməsini məqbul saymır. Sorğuya qatılanların tam yarısı Konstitusiyanın qadağan etməsinə rəğmən qadınların iş yerlərindən hicabda gəzməsinə tərəfdardır. Türklərin 88 faizi ölkədə demokratiyanın bərqərar olmasına tərəfdar çıxıb, 48 faiz zəruri hallarda ordunun siyasi proseslərə müdaxiləsini məqbul sayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR