Avropa İttifaqı Belarusu hədələyib

Avropa İttifaqı Belarusu hədələyib
# 25 fevral 2009 07:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla Avropa İttifaqına sədrlik edən Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq çıxış edib. Qurumun digər rəsmisi, Avropa İttifaqının xarici əlaqələr komissarı Benita Ferrero-Valdner də Belarusdan separatçı bölgələrin müstəqilliyinin tanınması istiqamətində addımlar atmamağı tələb edib: “Belarus bu addımı atarsa, Avropa İttifaqı ilə münasibətlər geriləmiş olacaq”. Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqının Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla yaxınlaşmasını nəzərdə tutur. Bu proqram çərçivəsində adı çəkilən ölkələrə 600 milyon avro yardım göstərilməsi nəzərdə tutulur. Belarus parlamenti Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsini yazda müzakirəyə çıxarmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR