Türkiyə Əmniyyət Müdirliyinin idarə rəisi intihar edib

Türkiyə Əmniyyət Müdirliyinin idarə rəisi intihar edib
# 25 fevral 2009 08:21 (UTC +04:00)
Ankara – APA. Türkiyə Əmniyyət Müdirliyi (Daxili İşlər Nazirliyinin baş polis idarəsi) özəl hərəkat (xüsusi əməliyyatlar) idarəsinin rəisi Behcət Oktay intihar edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, B. Oktay öz avtomobilində tapançası ilə başına atəş açıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, B. Oktay “Ergenekon” məsələsi ilə bağlı həbsdə olan İbrahim Şahindən sonra bu vəzifəyə təyin olunub. O, daha əvvəl Diyarbəkirdə çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR