İsveç bankı səhvən bir qadının hesabına 883 milyon avro pul köçürüb

İsveç bankı səhvən bir qadının hesabına 883 milyon avro pul köçürüb
# 25 fevral 2009 09:01 (UTC +04:00)
Stokholm-APA. İsveçin nüfuzlu Nordea bankı səhvən ölkə vətəndaşı Korneliya Yoxanssonun hesabına 883 milyon avro pul köçürüb. APA-nın məlumatına görə, qadın bazar ertəsi internetlə kommunal xərclərə görə ödəmə edən zaman bank hesabında 1,13 milyard dollar pul olduğunu görüb. Bankın köçürmə ilə bağlı göndəriş vərəqəsində bildirilir ki, əvvəlki ödəmələrdə buraxılmış səhv düzəldilib və bu səbəbdən Korneliya Yoxanssonun hesabına 883 milyon avro pul köçürülür. Pullar qadının hesabında 24 saat qalıb və yalnız bir gün sonra bank öz səhvini düzəldib. Nordea bankının mətbuat xidməti baş verən hadisəni “bank sisteminin səhvi” ilə əlaqələndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR