Ərdoğan “Türkiyə Hava Yolları”na məxsus təyyarənin Amsterdamda qəzaya uğraması nəticəsində ölənlərin olduğunu təsdiqləyib

Ərdoğan “Türkiyə Hava Yolları”na məxsus təyyarənin Amsterdamda qəzaya uğraması nəticəsində ölənlərin olduğunu təsdiqləyib
# 25 fevral 2009 14:08 (UTC +04:00)
Bakı - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Türkiyə Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Amsterdam hava limanına enən zaman qəzaya uğraması nəticəsində ölənlərin olduğunu təsdiqləyib. APA-nın “Hüriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, bununla belə, baş nazir ölənlərin dəqiq sayı barədə heç nə deyə bilməyib.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 10.22-də İstanbuldan havaya qalxan “Türkiyə Hava Yolları”na məxsus sərnişin təyyarəsi Amsterdam hava limanına enən zaman naməlum səbəbdən yerə çırpılıb və üç hissəyə bölünüb. Təyyarədə təxminən 135 sərnişin və şəxsi heyətin olduğu bildirilir. Qəzanın səbəbləri hələlik məlum deyil.

Türkiyə Nəqliyyat Nazirliyinin rəsmisi Suat Xeyri Aka qəza nəticəsində 7 nəfərin öldüyünü, 20 yaralıların olduğunu söyləyib.

Hollandiya televiziyası isə qəza nəticəsində ölənlərin sayının ən azı 9 olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR