Avropa İttifaqı Şərqi Avropa ölkələrinin iqtisadi böhrandan çıxarılmasına dair ümumi plan hazırlamaqdan imtina edib

Avropa İttifaqı Şərqi Avropa ölkələrinin iqtisadi böhrandan çıxarılmasına dair ümumi plan hazırlamaqdan imtina edib
# 02 mart 2009 07:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu qərar Avropa İttifaqına üzv ölkələrin iqtisadi böhrana həsr olunmuş növbədənkənar sammitində qəbul olunub. Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek bildirib ki, bu ölkələr qlobal dəstək proqramına ehtiyac duymurlar, çünki hər ölkənin öz spesifik problemi var: “Avropa İttifaqı öz üzvlərini tək qoymayacaq və ilk müraciət əsasında həmin ölkələrə dərhal yardım eləməyə hazırıq”. Qeyd edək ki, Avropa İttifaqının 18-19 martda keçiriləcək Brüssel sammitində iqtisadi böhranın nəticələrinin aradan qaldırılması istiqamətində görüləcək işlərin prinsiplərini müəyyənləşdirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR