Türkiyə Milliyyətçi Hərəkat Partiyası ilk dəfə olaraq seçkilərdə bir ermənini namizəd göstərib

Türkiyə Milliyyətçi Hərəkat Partiyası ilk dəfə olaraq seçkilərdə bir ermənini namizəd göstərib
# 03 mart 2009 08:28 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilk dəfə olaraq seçkilərdə bir ermənini namizəd göstərib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MHP Haço Keleş adlı ölkə vətəndaşını İstanbulun Bakırköy rayon bələdiyyəsinin üzvlüyünə namizəd irəli sürüb. H. Keleş özlərini milli azlıqdan daha çox Türkiyə vətəndaşı kimi gördüklərini deyib: “MHP-dən təklif gəldikdə bunu icmamızı ifadə etməyin yolu və mədəniyyətlərarası dialoqda rol oynamaq baxımından müsbət bir addım olaraq qiymətləndirərək qəbul etdim”. MHP-nin Bakırköy bələdiyyəsinin sədrliyinə namizədi Əsra Bicik isə partiyasının milli azlıqlarla bağlı mövqeyinin hər kəsə aydın olduğunu bildirib: “Dilindən, dinindən, irqindən asılı olmayaraq Türkiyədə yaşayan hər kəs bərabər hüquqlara malikdir. Artıq acılarımızı deyil, sevinclərimizi bölüşəcəyimiz bir Türkiyə yaratmaq üçün birlikdə hərəkət etməliyik”.
Xatırladaq ki, bələdiyyə seçkiləri martın 29-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR