Albaniyada parlament seçkilərində səsvermə başlayıb

Albaniyada parlament seçkilərində səsvermə başlayıb
# 25 aprel 2021 10:16 (UTC +04:00)

Albaniyada Xalq Məclisinə (bir palatalı parlament) seçkilərdə səsvermə başlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, yerli vaxtla 07: 00-da respublika ərazisində 5 mindən çox seçki məntəqəsi açılıb. Səsvermə yerli vaxtla 19: 00-da başa çatacaq.

Ölkənin 18 yaşdan yuxarı vətəndaşları - təxminən 3,6 milyon nəfər - aktiv və passiv seçki hüququna malikdirlər.

Məlumatda bildirilir ki, Albaniyanın daimi əhalisi təqribən 2,9 milyon nəfərdir, çünki bir çox alban ölkədən kənarda yaşayır. Bununla yanaşı, ölkənin MSK-nın yaydığı məlumata görə, bu il təxminən 130 min insan koronavirus infeksiyası və ev karantinində, xəstəxanalarda qaldığına görə səs verə bilməyəcək.

140 deputat mandatı uğrunda 46 siyasi partiya və üç koalisiyanın nümayəndələri mübarizə aparacaqlar.

Əsas mübarizənin hakim Albaniya Sosialist Partiyasından Baş nazir Edi Raman və müxalif Demokrat Partiyası Lyulzim Başinin rəhbərlik etdiyi koalisiya arasında baş verəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR