Dominik Raab: “Böyük yeddilik” ölkələri Rusiya və Çin təbliğatına qarşı mübarizə mexanizmi üzərində işləyir”

Dominik Raab: “Böyük yeddilik” ölkələri Rusiya və Çin təbliğatına qarşı mübarizə mexanizmi üzərində işləyir”
# 02 may 2021 16:38 (UTC +04:00)

“Böyük yeddilik” ölkələri Rusiya və Çin təbliğatına qarşı mübarizə mexanizmi üzərində işləyir”.

APA-nın “Reuters”ə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bəyan edib.

Onun sözlərinə görə, “G7” ölkələri xüsusilə də Rusiyadakı seçki prosesinə müdaxilə barədə bu ölkənin mətbuatında yayılan dezinformasiya xarakterli məlumatlara qarşı birgə reaksiya göstərməli, faktlara əsaslanan tutarlı cavab verməlidir.

Qeyd edək ki, 3-5 may tarixləri arasında “Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirləri Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel, habelə Avstraliya, Cənubi Koreya, Hindistan və Cənubi Afrika Respublikasından olan nümayəndələrin iştirakı ilə Londonda danışıqlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR