İsrailin Səhiyyə naziri istefa verdiyini açıqlayıb

İsrailin Səhiyyə naziri istefa verdiyini açıqlayıb
# 26 aprel 2020 03:14 (UTC +04:00)

İsrailin Səhiyyə naziri Yaakov Litzman şənbə günü istefa verdiyini açıqlayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin “Kanal 13” televiziyası məlumat yayıb.

Baş nazir Benyamin Netanyahuya istefa vermək istədiyini bildirən nazir buna səbəb kimi ölkədə koronavirus epidemiyası zamanı ciddi tənqidlərlə üzləşdiyini göstərib.

Baş nazir Netanyahunun bir müddət əvvəl Litzmanın istefa verməsini istəməsi bildirilir.

Qeyd edək ki, Litzmanın rəhbərlik etdiyi Üaadut A-Torah Partiyası Knessetdə 120 yerdən 8-nə malikdir.

Xatırladaq ki, Səhiyyə naziri özü də COVID-19 infeksiyasına yoluxub və müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR