Rusiya Latviya, Litva, Estoniya və Slovakiya səfirliklərinin 7 əməkdaşını “persona non qrata” elan edib - YENİLƏNİB

Rusiya Latviya, Litva, Estoniya və Slovakiya səfirliklərinin 7 əməkdaşını “persona non qrata” elan edib - YENİLƏNİB
# 28 aprel 2021 13:51 (UTC +04:00)

Rusiya Litva səfirliyinin iki, Slovakiya səfirliyinin üç, Latviya və Estoniya səfirliklərinin hərəsinin bir əməkdaşını “persona non qrata” elan edib.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, “arzuolunmaz şəxs” elan edilən xarici ölkə diplomatları bir həftə ərzində Rusiya ərazisini tərk etməlidirlər.

Qeyd edək ki, adıçəkilən ölkələr Çexiya ilə həmrəylik nümayiş etdirərək bir neçə Rusiya diplomatını “persona non qrata” elan ediblər.

***

saat 12:26

Baltik ölkələrinin diplomatları Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Latviya səfiri Maris Riekstinış, Litva səfiri Eytividas Bayarunas və Estoniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya XİN-ə dəvət olunub.

Bildirilir ki, onlar ölkələrinin Rusiya diplomatlarını çıxarması ilə əlaqədar XİN-ə çağırılıblar.

Xatırladaq ki, Latviya 1, Estoniya 1, Litva isə 2 Rusiya diplomatının ölkədən çıxarılması barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR