Şarl Mişel: ““Şərq Tərəfdaşlığı”nın dəstəklənməsi Aİ üçün böyük önəm daşıyır”

Şarl Mişel: ““Şərq Tərəfdaşlığı”nın dəstəklənməsi Aİ üçün böyük önəm daşıyır”
# 20 aprel 2021 17:53 (UTC +04:00)

“Şərq Tərəfdaşlığı”nın dəstəklənməsi Avropa İttifaqı (Aİ) üçün böyük önəm daşıyır.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Tbilisidə səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Gürcüstan Prezidenti Salome Zurabişvili ilə mətbuata birgə açıqlamasında deyib.

“Aİ “Şərq Tərəfdaşlığı”nın dəstəklənməsi üçün 5 əsas prinsipə sadiqdir. Biz Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə güclənməsindən, ilhaq edilən Krımdakı vəziyyətdən xəbərdarıq. Aİ bu böhranın aradan qaldırılması üçün konkret addımlar atır”, - deyə Ş. Mişel bildirib.

O, Aİ-nin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinin sarsılmaz olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR