ABŞ Dövlət katibi köməkçisinin müavini Gürcüstanda səfərdədir

Erika Olson

© APA | Erika Olson

# 04 noyabr 2021 18:51 (UTC +04:00)

ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olson regiona səfəri çərçivəsində Gürcüstana gedib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, E. Olson səfər çərçivəsində Gürcüstanda siyasi dairələrlə görüşlər keçirəcək, həmçinin ABŞ-Gürcüstan strateji məqsədlərinə xidmət edən layihə ilə tanış olacaq, mədəni tədbirdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR