ABŞ-ın hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatlarında iştirak edəcək

ABŞ-ın hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatlarında iştirak edəcək
# 01 noyabr 2021 11:34 (UTC +04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasına məxsus “USSMount Whitney” hərbi gəmisi Qara dənizə yola düşüb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə ABŞ Altıncı Dəniz Donanmasının “Twitter” hesabında bildirilib.

Hərbi gəmi NATO müttəfiqləri və tərəfdaşları ilə Qara dənizdə birgə əməliyyatlarda iştirak edəcək.

Qeyd edək ki, ötən həftə ABŞ və NATO liderləri Aralıq dənizi və Qara dəniz regionlarında təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş əməliyyatlara başlanıldığını bəyan edib.

Bir neçə gün əvvəl isə qanadlı raketlərlə təchiz edilmiş “USSPorter” hərbi gəmisi Qara dənizə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR