ABŞ-ın İstanbuldakı konsulluğunun yaxınlığında İŞİD-çilərə qarşı əməliyyat keçirilib

ABŞ-ın İstanbuldakı konsulluğunun yaxınlığında İŞİD-çilərə qarşı əməliyyat

© APA | ABŞ-ın İstanbuldakı konsulluğunun yaxınlığında İŞİD-çilərə qarşı əməliyyat

# 20 may 2021 13:40 (UTC +04:00)

İstanbulda İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

APA-nın yerli bürosunun Türkiyə Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, əməliyyatı İstanbul Baş Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları keçirib, əməliyyata xüsusi təyinatlı polis dəstələri dəstək verib.

Bildirilib ki, ABŞ-ın İstanbuldakı konsulluğuna 400-500 metrlik məsafədə yerləşən binada keçirilən əməliyyat zamanı bir nəfər saxlanılıb.

Qeyd olunub ki, polis tərəfindən İstanbulun 10 rayonundakı 20 ünvanda keçirilən əməliyyatda ümumilikdə 18 nəfər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR