ABŞ və Aİ-dən Britaniyaya səfərlərlə bağlı məhdudiyyətlərə dəyişiklik edilib

ABŞ və Aİ-dən Britaniyaya səfərlərlə bağlı məhdudiyyətlərə dəyişiklik edilib
# 28 iyul 2021 18:17 (UTC +04:00)

ABŞ-dan və Aİ-dən Britaniyaya gedən sərnişinlər vaksinin hər iki dozasını qəbul etrikləri halda, karantində qalmalarına ehtiyac olmayacaq.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu narədə nəqliyyat naziri Qrant Şapps bildirib. O qeyd edib ki, avqustun 2-dən etibarən Britaniyaya ABŞ-dan və Aİ-dən səyahət edən sərnişinlər rahatlıqla ölkəyə daxil ola biləcək, hər hansı karantinə ehtiyac qalmayacaq.

Bundan öncə isə ABŞ və Aİ-nin bir çox ölkəsindən səyahət edənlərin Britaniyaya daxil olduqları zaman özlərini 10 günlük təcrid etməsi lazım gəlirdi. Yeni qaydaya əsasən, artıq buna ehtiyac qalmayacaq. Bununla belə, onların səyahətdən öncə neqativ nəticə göstərən test və iki gün sonra PCR testi vermələri lazım olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR