Aİ-də qanunsuz miqrantların sayı son beş ildə 73% azalıb

Aİ-də qanunsuz miqrantların sayı son beş ildə 73% azalıb
# 14 iyul 2021 17:34 (UTC +04:00)

Ötən il ərzində Avropa İttifaqında (Aİ) qanunsuz yaşayan miqrantların sayı 557,5 min nəfər təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 73% azdır, qaçaq mühacirlərin sayı rekorda – 2,08 milyona çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Statistika Agentliyinin ("Eurostat") açıqlamasında deyilir.

Qeyd olunur ki, ötən il Aİ-də qanunsuz mühacirlərin sayı 2019-cu illə müqayisədə 11% azalıb.

2020-ci ildə Aİ-də qanunsuz yaşayan miqrantların çoxu Almaniyada məskunlaşıb – 117,9 min nəfər. Bundan başqa, liderlər sırasında Fransa (103,9 min), Macarıstan (89,4 min) və İspaniya (72,3 min) yer alıb.

"Eurostat"a görə, əksər hallarda Aİ-yə qanunsuz olaraq Ukrayna vətəndaşları gəlib –50,4 min nəfər. Qanunsuz mühacirlər arasında Suriya (45,7 min) və Mərakeş (41,2 min) vətəndaşları da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR