Aİ Əfqanıstana və qonşu ölkələrə əlavə 700 milyon avro ayırıb

Aİ Əfqanıstana və qonşu ölkələrə əlavə 700 milyon avro ayırıb
# 12 oktyabr 2021 16:18 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Əfqanıstana və qonşu ölkələrə əlavə 700 milyon avro təcili maliyyə yardımı ayırıb.

APA-nının xəbərinə görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, maliyyə yardımı əfqan xalqının və qonşu ölkələrin ehtiyaclarına ayrılacaq: “Əfqanıstanda sosial-iqtisadi vəziyyət pisləşir və qış yaxınlaşdıqca yüz minlərlə əfqanın həyatı risk altına düşür. Aclığın və humanitar böhranın qarşısını almaq üçün təkcə humanitar yardım kifayət etməyəcək.

Aİ-nin Əfqanıstana verdiyi ümumi yardım dondurulmuş olaraq qalır, Aİ Xarici İşlər Nazirlərinin razılaşdırdığı beş meyar etibarlı olaraq qalır. Müntəzəm olaraq əməkdaşlığın bərpa olunmasından əvvəl bu tələblər yerinə yetirilməlidir”.

Qeyd olunub ki, maliyyə yardımı Əfqanıstan əhalisinə birbaşa dəstək vermək məqsədilə ayrılıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Əfqanıstana və onun qonşularına 300 milyon avro ayırdığını bəyan edib. Yeni dəstək paketi ilə Aİ-nin əfqan xalqına maliyyə dəstəyi 1 milyard avroya çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR