Aİ Əfqanıstandan Avropaya kütləvi miqrasiyanın qarşısını almaq niyyətindədir

Aİ Əfqanıstandan Avropaya kütləvi miqrasiyanın qarşısını almaq niyyətindədir
# 31 avqust 2021 23:54 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Əfqanıstandan Avropaya kütləvi qaçqın axınının qarşısını almaq, eyni zamanda qaçqın qəbul edəcək bölgə ölkələrinə daha çox dəstək vermək niyyətindədir.

APA TASS-a istinadən xəbər verir, bu barədə Avropa İttifaqı Şurasının daxili işlər nazirləri səviyyəsində keçirilən növbədənkənar iclasın nəticələrinə dair yayılmış bəyanatda deyilir.

“Aİ və ona üzv dövlətlər, Aİ-nin keçmişdə də (2015-2016-cı illərin miqrasiya böhranına işarə edilir – Red.) üzləşdiyi yeni nəzarətsiz kütləvi miqrasiya axınının yaranmasının qarşısını almaq üçün birlikdə hərəkət edəcək. Aİ ilk növbədə bölgə daxilində ehtiyacı olanlara dəstək göstərilməsi üçün Əfqanıstanla birbaşa həmsərhəd olan ölkələrə dəstəyini gücləndirəcək”, - sənəddə belə deyilir.

O da qeyd edilir ki, gələcəkdə Əfqanıstandan həyata keçiriləcək təxliyələr təyinat xarakterli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR