Aİ-nin Ali Nümayəndəsi Emoməli Rəhmonla Əfqanıstandakı vəziyyəti müzakirə edib

Aİ-nin Ali Nümayəndəsi Emoməli Rəhmonla Əfqanıstandakı vəziyyəti müzakirə edib
# 23 noyabr 2021 12:19 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Aİ və Tacikistan arasında ikitərəfli münasibətlər, Əfqanıstandakı vəziyyət, həmçinin Əfqanıstandakı vəziyyətin sərhəd ölkə kimi Tacikistan üçün yaratdığı problemlərlə bağlı açıq müzakirə aparılıb.

“Aİ Mərkəzi Asiya ilə əlaqələrini gücləndirmək istəyir. Biz inklüziv Əfqanıstan hökumətinin zəruriliyi ilə bağlı eyni fikirdəyik”, - C. Borrell qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR