Aİ-nin ali nümayəndəsi: "Taliban" müharibəni udub, ona görə də biz onlarla danışmalıyıq"

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell

© APA | Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell

# 17 avqust 2021 23:37 (UTC +04:00)

"Biz Kabildəki səlahiyyətlilərlə əlaqədə olmalıyıq... "Taliban" müharibəni udub, ona görə də biz onlarla danışmalıyıq".

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell xarici işlər nazirlərinin telekonfransı zamanı deyib.

O bildirib ki, Brüssel humanitar və potensial miqrasiya fəlakətlərinin qarşısının alınması məqsədi ilə zəruri olduğu təqdirdə dialoqda iştirak etməlidir, lakin bu, Əfqanıstanda "Taliban"ın hakimiyyətini rəsmi qaydada tanımaq anlamına gəlmir.

"Bu dialoq, həmçinin xarici terrorçuların Əfqanıstana geri dönməsinə mane olacaq vasitələrə köklənəcək", - deyə ali nümayəndə bildirib.

J.Borrell vurğulayıb ki, Əfqanıstanda "Əl-Qaidə"yə qarşı mübarizədə uğur qazanılıb, lakin ölkəyə böyük miqdarda resursların ayrılmasına baxmayaraq, dövlət quruculuğu prosesi uğursuzluğa düçar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR