Aİ Polşa-Belarus sərhədində qalan miqrantlara humanitar yardım ayırıb

Aİ Polşa-Belarus sərhədində qalan miqrantlara humanitar yardım ayırıb
# 17 noyabr 2021 17:22 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Polşa-Belarus sərhədində qalan miqrantlara humanitar yardım üçün 700 min avro vəsait ayırıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyası məlumat yayıb.

"Müraciətə dərhal cavab verən Avropa Komissiyası Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri Federasiyasına humanitar yardım üçün 200 000 avro ayırıb".

Bildirilib ki, Aİ-nin bu maliyyəsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinə və təşkilatın Belarusdakı qolu Belarus Qırmızı Xaç Cəmiyyətinə ayrılacaq. Vəsait qida, gigiyena dəstləri, ədyal və ilk yardım dəstləri də daxil olmaqla ilkin ehtiyac yardımının təmini üçün xərclənəcək.

Avropa Komissiyasının məlumatında qeyd olunub ki, Aİ humanitar yardım üçün əlavə 500 000 avro da səfərbər edib və hazırda bu humanitar yardımın paylanması və istifadəsi üçün humanitar tərəfdaş təşkilatları ilə əlaqə saxlayır.

Avropa Komissyasının Prezidenti Ursula von der Leyen Avropanın daha çox humanitar yardım göstərməyə hazır olduğunu deyib. O, "Twitter hesabında bildirib ki, Avropa Belarusla sərhəddə sıxışıb qalan insanların yanındadır: "Biz daha çox şey etməyə hazırıq. Lakin Belarus rejimi insanları şirnikləndirməyə və onların həyatını riskə atmağa son qoymalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR