Aİ Şurasının Prezidenti Emoməli Rəhmonla Əfqanıstandakı vəziyyəti müzakirə edib

Emoməli Rəhmon, Şarl Mişel

© APA | Emoməli Rəhmon, Şarl Mişel

# 11 oktyabr 2021 15:52 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Şarl Mişel "Twitter" hesabında bildirib.

Görüşdə qarşılıqlı münasibətlər, strateji məsələlər müzakirə olunub. "Avropa İttifaqı post-COVID-19 dövründə bərpa, iqlim dəyişikliyi və Əfqanısandakı vəziyyətlə bağlı Tacikistanla əməkdaşlığa sadiqdir", - deyə Şarl Mişel qeyd edib.

Görüşdə Əfqanıstanda inkluziv hökumətin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR