Aİ Türkiyədəki suriyalı qaçqınlara 3 milyard avro ayıracaq

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 25 iyun 2021 17:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Türkiyədə, Livanda və İordaniyada olan suriyalı qaçqınlar üçün büdcədən 5,2 milyard avro ayıracaq.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mətbuat konfransında bildirib.

“Aİ və Türkiyə arasında münasibətlər inkişaf edib, lakin ticarət sahəsində, gömrük birliyini modernləşdirmək üçün daha çox iş görülməlidir. Biz milyonlarla suriyalı qaçqına ev sahibliyi edən Türkiyəni dəstəkləməyə davam edəcəyik. Mən 2024-cü ilə qədər Türkiyədəki qaçqınlara dəstək üçün əlavə 3 milyard avro, İordaniya və Livandakı qaçqınlar üçün isə 2,2 milyard avro ayırmağı təklif etmişəm”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR